15 Mayıs 2016 Pazar

https://www.dropbox.com/s/dy0e4x18cgmyck4/H%C9%99llolma.doc?dl=0

                                                    Həllolma.Məhlullar.

Bir və ya bir neçə maddə hissəciklərinin başqa maddə hissəcikləri arasında yayılması prosesi həllolma deyilir. Həllolma həm fiziki həm də kimyəvi hadisədir.Həllolma qabiliyyətinə görə maddələr 3 qrupa bölünür:
1) Yaxşı həll olanlar: 1 litr suda 10 q-dan çox həll olan maddələrə yaxşı həll olanlar deyilir.
2) Az həll olanlar: 1 litr suda  0,01-10 q  arasında həll olanlara az həll olanlar deyilir.
3) Həll olmayanlar: 1 litr suda 0,01 q-dan az həll olanlara isə həll olmayanlar deyilir.

Həllolma bərk maddələrin xırdalanma dərəcəsindən,temperaturdan və qaz halında olan maddə varsa onun təzyiqindən aslıdır.
Temperatur artdıqca bərk halda olan maddələrin suda həll olması artır.
Təzyiq artdıqda isə qaz halında olan maddələrin suda həll olması artır.

Həllolma əmsalı-1 litr həlledicidə(1000 ml) həll olmuş maddələrin qramlarla miqdarı həllolma əmsalı və ya həllolma qabiliyyəti adlanır.
                                        
                                           Kh=           vahidi:-dir.






Məsələlər
1) 500 q məhlulda 100 q duz var.Həllolma əmsalını tapın.

 500q qarışıq      Kh==250
2) 200 q 20%-li məhlulu doymuş hala gətirmək üçün suyun  hissəsi buxarlanmışdır.
Həllolma əmsalını tapın.

200q qarışıq  suyun  hissəsi buxarlandı     Kh=1000=1000

3) 300 q 20%-li məhlula 60 q duz əlavə olundu. Həllolma əmsalını tapın.

300q qarışıq     60 q duz əlavə edildi      Kh==500


4) Həllolma əmsalı 500q/l olan məhlulun 300 qramında neçə qram su var?

qarışıq                                   300q məhlul---------------x q su
                                                                1500q məhlul--------------1000q su       x=200 q su    

Məhlul-Həll olan maddə ilə həlledicidən ibarət olan bircinsli sistem(eynicinsli qarışıq) məhlul adlanır.Məhlulların kimyəvi nəzəriyyəsi 1877-ci ildə Mendeleyev tərəfindən verilmişdir.
Həll olan maddələrin su ilə birləşməsi hidratlaşma,alınan maddələrə isə hidratlar deyilir.məs
CaSO4∙2H2O,H2SO4∙2H2O,FeSO4∙7H2O,Na2CO3∙10H2O və s.

Tərkibində su molekulları olan kristal maddələrə kristalhidratlar deyilir.məs.
MgSO4∙7H2O,CuSO4∙5H2O, FeSO4∙7H2O,Na2CO3∙10H2O və s.

                                    Məhlulların qatılığı.

Məhlulun müəyyən həcmində və ya kütləsində həll olmuş maddənin kütləsi və ya miqdarı onun qatılığı adlanır.Məhlulların qatılığını dəqiq ifadə etmək iki üsuldan istifadə edilir.
1) Həll olmuş maddənin kütlə payı(%-lə qatılığ)-Həll olmuş maddənin kütləsinin məhlulun kütləsinə olan nisbətinə həll olmuş maddənin kütlə payı deyilir, hərfi ilə işarə edilir.

                                           
Alınan düsturu 100-ə vursaq kütlə payı %-lə ifadə edilmiş olar.

                                           

2) Molyar qatılığ-Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir, C hərfi ilə işarə edilir.
                                                  vahidi: və ya M ilə göstərilir.



 Məsələlər
1) 200 q məhlulda 60 q duz var.Həll olmuş maddənin kütlə payını tapın.

                                                                       200 q ----------------100%
                                                                        60 q -----------------x %             x=30%
2) 200 q 10%-li və 300 q 40%-li məhlulları qarışdırdılar. Həll olmuş maddənin kütlə payını tapın.

200 q qarışıq  +  300 q qarışıq                           500 q---------------100 %
   (20 q duz)          (120 q duz)                           140 q----------------x %                x=28%



3) 300 q 40%-li duz məhlulundan neçə q su buxarlandırmaq lazımdır ki,50%-li məhlul alınsın?

300 q qarışıq        x q su buxarlandırıldı             300-x------------100%
 (120 q duz)                                                          120------------- 50%          x=60 q su


4) Həllolma əmsalı 250 q/l-dirsə,həll olmuş maddənin kütlə payını tapın.

qarışıq                                      1250q----------------100%       
                                                                       250q----------------x %            x=20%
5) Həllolma əmsalı 1000 q/l-dirsə,həll olmuş maddənin kütlə payını tapın.

qarışıq                                        2000q-----------------100%
                                                                       1000q------------------x %                 x=50%

6) 200 q 20%-li duz məhluluna neçə q duz əlavə etmək lazımdır ki,40%-li məhlul alınsın?

200 q qarışıq        x q duz əlavə edildi                200+x----------100%
 (40 q duz)                                                            40+x---------- 40%


7) 150 q 20%-li duz məhluluna neçə q su əlavə etmək lazımdır ki,10%-li məhlul alınsın?

150 q qarışıq        x q su əlavə edildi                 150+x ------------100%
 (30 q duz)                                                            30    ------------ 10%


8) 25 q CuSO4·5H2O olan məhlula 75 q su əlavə olundu. Həll olmuş maddənin kütlə payını tapın.
                                                                                                           
qarışıq               25 q CuSO4∙5H2O ----------- x q CuSO4                                                    
                                                                 250 q          -----------    160 q               x=16 q CuSO4
                                                                                                

                                                               100 q -----------100%
                                                                16 q ------------ y %            y=16%           

9) 143 q Na2CO3·10H2O məhlulu üzərinə 10 q su əlavə olundu.Həllolma əmsalını tapın.
                                                                                                                         
143 q Na2CO3·10H2O ----------- x q Na2CO3
           286 q               -----------   106 q               x= 53 q Na2CO3      10 q su əlavə edildi     
                                                                          143-53=90 q su             
  
            Duz-53 q                 
            Su-100 q              Kh==530                           

10) 200 q 10%-li duz məhlulunda suyun mol miqdarını tapın.

qarışıq                                    180 q ----------------- x mol
                                                                   18 q ----------------- 1 mol                  x=10 mol.      

11) 200 mlt nəhlulda 10 q NaOH vardır.Bu məhlulun molyar qatılığını tapın.

V=200mlt = 0,2 l
m=10 q (KOH)                         C=
M=40 q (KOH)
------------------------
       C=?

12) Qatılığı 2M,həcmi 500 mlt olan KOH məhlulunda neçə q KOH var?

C=2M                                       C=
V = 500 mlt = 0,5 l
M=56 q (KOH)
-------------------------              2=              m=56 q
           m=?
13) 44,8 l NH3 166 q suda həll edildi.Həll olmuş maddənin kütlə payını tap.

44,8 l NH3 -------------- x q
   22,4 l    --------------- 17 q           x= 34 q ,NH3

qarışıq                200 q --------------- 100 %     
                                                      34 q  --------------- x %                    x=17 %
 


Hiç yorum yok:

Yorum Gönder