14 Mayıs 2016 Cumartesi

https://www.dropbox.com/s/cutch7i1f3jj5vb/BSQ-2-A-varianti-Az-tarix.docx?dl=0

Azərbaycan tarixi---Sinif VI                Variant A
BSQ-2
1. Muğan mədəniyyəti aiddir:
A) Dəmir dövrünə                  B) Tunc dövrünə        
C) Daş dövrünə                      D) Keçid dövrünə
2. Mannanın dövlət müstəqilliyinə son qoyuldu?                  
A) E.ə 590-cı il B) 530-cu il C) e.ə 605-ci il D) 590-cı il    
3. 40 min il bundan əvvəl başlayıb e.ə.12-ci minilliyə qədər davam etmiş dövr hansıdır?
 A) Alt Paleolit B) Orta Paleolit C) Üst Paleolit D) Mezolit
4. Məntiqi uyğunluğu müəyyən edin.
A) Oxradan istifadə                       tunc alətlər
B) I ictimai əmək bölgüsü                   mübadilə
C) Kurqan                                yaşayış məskəni
D) Odun əldə edilməsi                              Tunc dövrü

 5.Xronoloji ardıcıllığı müəyyən edin.
1.Xış əkinçiliyinin yaranması
2.Toxa əkinçiliyinin yaranması
3.ox və kamanın kəşfi.
A)3,2,1   B) 1,2,3  C) 2,1,3  D) 1,3,2

6. Uyğunluq pozulmuşdur
 A) Lerikdə Buzeyir mağarası
 B) Naxçıvanda Damcılı mağarası
 C) Qarabağda Azıx mağarası
 D) Qazaxda Daşsalahlı mağarası
7. Atropatena dövlətinin ərazisini xəritədə göstərin










8. Maqneziya döyüşünün baş verməsindən neçə il sonra Kür döyüşü baş verdi? Hesablayıb yazın.________________________________________________________________________
9.Albaniya və Atropaten dövlətlərinin oxşar cəhəti:
 A) ikisi də şimalda yerləşirdi 
 B) Hər ikisi də Urmiya gölü ətrafında yerləşir
  C) Makedoniyalı İsgəndərin imperiyasının parçalanmasından yaranıb
  D) Hər ikisinin paytaxtı Qəbələ şəhəri olmuşdur.

10.Albaniyada yaşayan tayfaların adlarını qeyd edin.
___________________________________________________________________________________________
11.Əhəməni dövlətinin süqutundan neçə il əvvəl Qavqamela döyüşü baş verib? Hesablayıb yazın______________________________________

12.Hansı abidə Manna dövlətinə aiddir:
A) Kerifto abidəsi   B) Həsənli tapıntısı  C) Sərkərtəpə abidəsi     D) Böyük Dəhnə abidəsi

13.e.ə 38 ci il Atropatena və e.ə 66-cı il Albaniya tarixlərinin oxşar cəhəti:
A) romalıların yürüşünə məruz qalmaları
B) selevkilərin yürüşünə məruz qalmaları
C) Pompeyin yürüşünə məruz qalmaları
D) Alanların yürüşünə məruz qalmaları
14. Kurqan nədir?
___________________________________________
15. Dövlət qurumlarını seçin:
A) Manna, Midiya, Atropatena
B) Kuti, Lullubi
C) Atropatena, Albaniya
D) Kuti, Albaniya

16. Katakomba qəbirləri kimlərə məxsus idi?
A) Alanlara
B) Leqlərə
C) Kaspilərə
D) Kadusilərə

17. Cədvəli doldurun
Albaniya haqqında kimlər  yazırdı?
Atropatena haqqında kimlər  yazırdı?





18.  Fraspa, Fanaspa, Aqnazana şəhərləri hansı dövlətin şəhərləri idi?
A)Selevkilər    B) Əhəməni    C) Parfiya       D) Atropatena
19. Uyğunluğu müəyyən edin. Oxlarla birləşdirin
Kerifto                                        Albaniya
Böyük Dəhnə                               Manna
Həsənli tapıntısı                            Atropatena

20.Hadisələrin illərini yazın və xronoloji ardıcıllıqla düzün
1. Kür döyüşü
2. Qanıx döyüşü
3. Maqneziya döyüşü
4. Manna dövlətinin süqutu
5. Qavqamel döyüşü
6. Alanların Azərbaycana hücumu

Qiymət:_____________________________



Hiç yorum yok:

Yorum Gönder